Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOBİA Azərbaycanın startap ekosisteminin uğurlarını Qlobal Sahibkarlar Konqresində paylaşıb 19.09.23
KOBİA Azərbaycanın startap ekosisteminin uğurlarını Qlobal Sahibkarlar Konqresində paylaşıb

Avstraliyada 30 ölkənin iştirakı ilə keçirilən “Startaplar üzrə nazirlər görüşü”ndə Azərbaycanın startapların dəstəklənməsi təcrübəsi barədə məlumat verilib. 

Avstraliyanın Melburn şəhərində Qlobal Sahibkarlıq Şəbəkəsi tərəfindən Qlobal Sahibkarlar Konqresi (“GEC2023”) keçirilir. Tədbirdə dünyanın 30 ölkəsindən dövlət rəsmiləri, iş adamları və startaplar iştirak edirlər. Konqresdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak edirlər. 

“GEC2023” çərçivəsində təşkil olunmuş “Startaplar üzrə nazirlər görüşü” tədbirində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın innovasiya ekosistemi və ölkəmizdə startapların dəstəklənməsi təcrübəsi barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda startap ekosisteminin dəstəklənməsi və inkişafı sahəsində bir çox uğurlu islahatlar aparılır, o cümlədən qanunvericilik təkmilləşdirilir, startaplar üçün müxtəlif təşviq və güzəştlər tətbiq olunur, dövlət və özəl sektor tərəfindən dəstəklənən 10-a yaxın inkubator və akselerasiya mərkəzi fəaliyyət göstərir. Startaplara onlara vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verilir. İndiyədək KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 100-dən çox belə sənəd təqdim olunub. “Bakı KOB evi”ndə Startap İnkişafı Mərkəzi fəaliyyət göstərir, innovativ layihələrə qrant dəstəyi verilir. 

Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan əraziləri 30 illik erməni işğalından azad edildikdən sonra bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə başlanılıb. Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində innovativ və rəqəmsal cəmiyyətin, iqtisadiyyatın yaradılması üçün bərpa və yenidənqurma prosesində ən müasir texnologiyalar və həllərdən istifadə edilir. 

Powered by Froala Editor