Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB-ların maliyyələşdirilməsinə dair “Roseksimbank”la əməkdaşlıq imkanları müzakirə edilib 02.07.21
KOB-ların maliyyələşdirilməsinə dair “Roseksimbank”la əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan “Roseksimbank” ASC-nin rəhbəri Azər Talıbovla görüşüb. 


Görüşdə bu ilin iyun ayında Sankt-Peterburq şəhərində keçirilmiş 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində aparılmış müzakirələrin davamı olaraq KOB-ların maliyyə resurslarına çıxışına və bu sahədə bankla əməkdaşlıq imkanlarına, eləcə də ticarət sahəsində KOB-ların maliyyələşdirilməsinə və bankın təklif etdiyi maliyyə alətlərinə dair fikir mübadiləsi aparılıb.


“Roseksimbank”ın ölkəmizdə maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu da görüşdə diqqətə çatdırılıb. 

Powered by Froala Editor