Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB könüllüləri “Qarabağ üçün əl-ələ” ASAN İnnovativ Həllər Hakatonunda 2-ci yerin qalibi olub 04.11.23
KOB könüllüləri “Qarabağ üçün əl-ələ” ASAN İnnovativ Həllər Hakatonunda  2-ci yerin qalibi olub

Azərbaycan könüllüləri arasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Qarabağ üçün əl-ələ” adlı ASAN İnnovativ Həllər Hakatonu təşkil edilib.

“Azərbaycan Könüllü Təşkilatları İttifaqı” və “ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Qarabağın yenidən qurulması istiqamətində könüllülərin, gənclərin yeni ideya və həllərini ortaya çıxarmaq, onları bir araya gətirmək məqsədilə təşkil olunub. 

Hakatonda 15 könüllü və gənclər təşkilatını təmsil edən 60 könüllü, o cümlədən Kiçik və Orta Bizensin İnkişafı Agentliyinin (KOBİA) KOB könüllüləri iştirak ediblər.

Hakaton çərçivəsində könüllülər bir sıra mərkəzlərin fəaliyyəti ilə tanış olub, sahə üzrə ekspertlərin iştirakı ilə keçirilən panel görüşlər və təlimlərdə iştirak ediblər. 

Könüllülər həmçinin Qarabağın yenidən qurulması istiqaməti üzrə ideya müsabiqəsinə qatılıblar. KOB könüllülərinin “Qarabağ atları” (“Karabakh horse”) layihəsi müsabiqədə 2-ci yerə layiq görülüb. Layihə Qarabağ atlarının təbliğinə, özünüməşğulluğa və yerli məhsulların satışına dəstək üzrə 3 komponenti özündə birləşdirən mobil tətbiqin yaradılmasını nəzərdə tutur. 

Müsabiqədə I yerin qalibi “SOCAR könüllüləri”, III yerin sahibi isə “RİİB könüllüləri” olub. Qaliblərə sertifikatlar və pul mükafatı verilib, təlim paketləri hədiyyə olunub. 

Powered by Froala Editor