Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“KOB könüllüləri” proqramı 5 yaşında 07.06.23
“KOB könüllüləri” proqramı 5 yaşında

“KOB könüllüləri” proqramına indiyədək 600-ə yaxın gənc qoşulub.

 

Bu il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” proqramının 5 yaşı tamam olur. 2023-cü ilin ötən dövründə “KOB könüllüləri” proqramına 60, indiyədək isə 600-ə yaxın gənc qoşulub.  

 

Fəaliyyətə başladığı ilk gündən KOBİA-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. “KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan gənclərə müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, KOB dostu ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak edirlər. 2 ay davam edən könüllü fəaliyyətini müqavilə öhdəliklərinə uyğun olaraq uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır. 

 

Könüllü fəaliyyəti həmçinin, Agentlikdə işlə təmin olunmaq üçün də imkan yaradır. KOBİA-da könüllü olmuş gənclərdən 2-si cari il ərzində, indiyədək isə ümumilikdə 14 nəfər Agentliyin müxtəlif struktur bölmələrində işlə təmin edilib.

 

“KOB könüllüləri” proqramına qoşulmaq istəyən gənclər KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. Bu bölməyə daxil olan müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun gələn namizədlər könüllü fəaliyyəti üçün dəvət olunurlar. 

 

Powered by Froala Editor