Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB evlərində sahibkarlara 31 mindən çox xidmət göstərilib 15.07.22
KOB evlərində sahibkarlara 31 mindən çox xidmət göstərilib

2022-ci ilin birinci yarımilliyində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 31317 xidmət göstərilib. Bu xidmətlərin 12347-si “Xaçmaz KOB evi”, 18970-i isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib.


Göstərilən xidmətlərin 29750-si dövlət-biznes (“G2B”), 1567-si isə biznes-biznes (“B2B”) xidmətləridir.


KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər. 

Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir. Qeyd edək ki, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.

 

Məlumat üçün bildirək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. 

Powered by Froala Editor