Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilib 26.01.24
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilib

Görüşlərdə sahibkarlar kənd təsərrüfatı və heyvandarlıq sahələrində dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının iştirakı ilə Tovuz şəhərində, Bərdə, Balakən və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonlarında sahibkarlarla görüşlər keçirilib. 

Heyvandarlıq və kənd təsərrüfatı sahələrini əhatə edən görüşlərdə ümumilikdə 110-a yaxın sahibkar və fermer iştirak edib. 

Görüşlədə sahibkarlar kənd təsərrüfatı və heyvandarlıq sahələrində mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiyaların qeydiyyatı, lizinq yolu ilə texnikaların satışı, güzəştli kreditlər, aqrar sığorta barədə məlumatlandırılıb, əkin sahələrində məhsuldarlığın artırılmasına, təsərrüfatların təbii fəlakətlərdən ziyan çəkməməsi üçün qabaqlayıcı tədbirlərə, fermerlərin çətinliklərinə və təkliflərinə dair fikir mübadiləsi aparılıb, aidiyyəti qurumların nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıb.

Powered by Froala Editor