Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
İyul ayında 131 Çağrı Mərkəzinə 350-yə yaxın müraciət daxil olub 04.08.22
İyul ayında 131 Çağrı Mərkəzinə 350-yə yaxın müraciət daxil olub



2022-ci ilin iyul ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə 343 müraciət daxil olub. Müraciətlər əsasən biznesə başlanması və genişləndirilməsi üçün Agentlikdən dəstək, sərgilərdə iştirak, “Startap” şəhadətnaməsi, güzəştli maliyyə vəsaiti, işğaldan azad olunmuş ərazilərdə biznesin qurulması, KOB evi və s. məsələlərlə bağlı olub. Daxil olan zənglərin 12%-ni xidmət, 8%-ni əl işi sənəti, 8%-ni kənd təsərrüfatı, 5%-ni istehsal, 3%-ni ticarət, 1%-ni təhsil və s. sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri təşkil edib.

Müraciətlərin əksəriyyəti Bakı şəhəri üzrə olmaqla, qalanları Qazax-Tovuz, Dağlıq Şirvan, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Lənkəran-Astara, Qarabağ, Quba-Xaçmaz və digər iqtisadi rayonlardan daxil olub. 

Ümumilikdə bu ilin yanvar-iyul ayları ərzində KOBİA-nın 131 Çağrı Mərkəzinə 2494 zəng daxil olub. 



Powered by Froala Editor