Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“İT – Akademiya”da növbəti məzun günü keçirilib 23.06.23
“İT – Akademiya”da növbəti məzun günü keçirilib

Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsi üzrə “İkinci dalğa” adlı məzun günü keçirilib.

“İT-Akademiya” təhsil layihəsi üzrə keçirilən məzun günündə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, aidiyyəti dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.  

“İT – Akademiya”nın fəaliyyəti ölkənin informasiya texnologiyaları bazarının inkişafına töhfədir. İnnovasiya və yeni texnologiyaların geniş tətbiqi təhsil sisteminin təkmilləşdirilməsinə zəmin yaradır. Bu tipli layihələr ortayaşlı insanların əmək bazarında rəqabətədavamlı olması və öz peşəsini dəyişmək istiqamətində geniş imkanlar qazanması baxımından böyük rola malikdir”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin nəzdində fəaliyyət göstərən “İT – Akademiya”da təhsil almış tələbələrin məzun günündə çıxışı zamanı bildirib.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, rəqəmsal biliklərin artırılması iqtisadiyyatın daha sürətli inkişafına münbit şərait yaradır. Qlobal iqtisadiyyatda cərəyan edən trendləri izləyən Azərbaycan da cəmiyyətin yüksək rəqəmsal bacarıqlara sahib olmasını və innovativ iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir. “İT – Akademiya”nın müasir əmək bazarının tələblərinə cavab verən insan resurslarının formalaşdırılmasına dəstək verdiyini bildirən nazirin birinci müavini bunun məzunların karyerasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə olacağını qeyd edib.  

“Alqoritmika”nın baş direktoru Andrey Lobanov öz növbəsində müasir inkişaf tələbləri fonunda İT sahəsinin əhəmiyyəti barədə fikirlərini bildirib, rəhbəri olduğu qurum tərəfindən tətbiq olunan tədris metodları barədə məlumat verib. 

Daha sonra Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılan “İT – Akademiya”nın fəaliyyəti və tədris prosesi barədə təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində “İT – Akademiya”da tədris müddətində uğurlu nəticə göstərən 11 məzun sertifikatla təltif olunub, İT sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri ilə görüşlər keçirilib.

Powered by Froala Editor