Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İstixana təsərrüfatlarının sahibləri ilə onlayn görüş keçirilib 17.06.20
İstixana təsərrüfatlarının sahibləri ilə onlayn görüş keçirilib

İyunun 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən istixana təsərrüfatlarının sahibkarları ilə növbəti onlayn görüş təşkil olunub.

Dövlət-sahibkar dialoqu platforması çərçivəsində keçirilmiş onlayn görüşdə KOBİA-nın, “Azəriqaz” İstehsalat Birliyinin, “Azərişıq” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin, “SOCAR petroleum” QSC-nin nümayəndələri, eləcə də 50-yə yaxın istixana təsərrüfatının sahibləri iştirak ediblər.

Görüşdə sahibkarların koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhsul satışı və ixracı ilə bağlı yaranmış çətinlikləri, istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi, mazutla təminat, müasir istixanaların idarə edilməsindəki çətinliklər, tərəvəz emalı müəssisəsinin yaradılması, elektrik şəbəkəsinə qoşulma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Onlayn görüş çərçivəsində sahibkarlar tərəfindən qaldırılan bir sıra məsələlərə müvafiq qurumların nümayəndələri tərəfindən yerindəcə operativ reaksiya verilib, araşdırma tələb edən məsələlərin isə araşdırılaraq KOBİA-nın KOB dostları vasitəsilə sahibkarların məlumatlandırılacağı bildirilib.

Görüşdə sahibkarlar tərəfindən qaldırılan bütün məsələlər KOBİA tərəfindən diqqətdə saxlanılacaq və qanunvericilik çərçivəsində həllinə dəstək göstərilməsi üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcəkdir.

Powered by Froala Editor