Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İslamabad Ticarət və Sənaye Palatasının prezidenti ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib 09.06.22
İslamabad Ticarət və Sənaye Palatasının prezidenti ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir və palatanın üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə əməkdaşlığa, bu istiqamətdə hər iki qurumun birgə səylərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOB-ların dəstəklənməsi üzrə ən yaxşı təcrübənin öyrənilməsi və müvafiq qurumlarla əməkdaşlıq coğrafiyasının genişləndirilməsi KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir. KOB sahəsində Pakistanla da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 


Həmçinin görüşdə bizneslər arasında əməkdaşlıq və birgə layihələrin icrası müzakirə edilib. Qarşılıqlı işgüzar missiyaların həyata keçirilməsinin biznes qurumları arasında əməkdaşlıq üçün faydalı ola biləyi diqqətə çatdırılıb. 


Görüşdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti də iştirak ediblər. 

Powered by Froala Editor