Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması prosesində iş adamlarının iştirakına dair müzakirələr aparılıb 14.10.21
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması prosesində iş adamlarının iştirakına dair müzakirələr aparılıb

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş işgüzar nahar təşkil edilib. Qazilərin və biznes dairələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Qarabağın bərpası və yenidənqurulması prosesində iş adamlarının iştirakına və orada yaradılacaq iş imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Qarabağ regionunun yenidənqurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun cəlb edilməsi əhəmiyyətlidir. Vurğulanıb ki, özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərində özəl sektorun innovativ texnoloji yanaşmasının və effektiv idarəetmə təcrübəsinin tətbiqi, həyata keçiriləcək iş və xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. KOBİA Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini KOBİA-ya təqdim edir. Bu layihələr ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, təhsil və s. sahələrini əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət KOB subyektlərinə bir sıra imtiyazlar verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm biznes layihələrin icrasına şərait yaradacaqdır.

Powered by Froala Editor