Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
İncəsənət əsərlərinin satışı üçün onlayn platforma 14.02.24
İncəsənət əsərlərinin satışı üçün onlayn platforma

Fərdi sahibkar Nigar Novruzzadə Azərbaycanda ilk dəfə olaraq incəsənət əsərlərinin satışı üçün onlayn platforma yaradıb. N.Novruzzadə bu layihəsinə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi alıb.

Startapçının sözlərinə görə, N’us Gallery (https://nus.gallery/) ölkə bazarında alternativi olmayan innovativ incəsənət platformasıdır. Platforma rəssamları, dizaynerləri, eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamağı hədəfləyir. Təcrübəli, eləcə də gənc rəssamlar, dizaynerlər və sənətlə məşğul olan insanlar platforma vasitəsilə öz işlərini asanlıqla satışa çıxara bilərlər: “Qeyd edim ki, platformamız peşəkar portfolio imkanı təmin edir. Yaradıcı şəxslər platformamız vasitəsilə həm lokal, həm də qlobal bazarda öz kütləsini formalaşdıra və portfolio yaradaraq, karyera yoluna başlanğıc edə bilər. Platformamız təktərəfli deyil, alıcılar və sənətsevər insanlar üçün də incəsənəti əlçatımlı edir. Maraq dairəmizə “NFT”, “Müasir Texnologiyalar” aiddir. Biz texnologiya və sənətin vəhdətini sistemli formada təqdim edirik”.

N.Novruzzadə əlavə edib ki, platforma 500-dən çox rəssamla əməkdaşlıq edir. Platformada 30-dan çox əsər yerləşdirilib və əsərlərin yerləşdirilməsi davam edir. Platformadakı əsərlərin qiymətləri 50-20.000 manat arasında dəyişir. Hələlik isə platforma vasitəsilə satılan ən bahalı əsərin qiyməti 500 manat olub: "Missiyamız incəsənətlə texnologiyanın vəhdətindən istifadə edərək, lokal və qlobal bazarda incəsənətə yeni dəyər qazandırmaqdır. Biz rəssamların əsərlərini öz bazamızda toplamağa çalışırıq. Eyni zamanda, veb sayt üzərindən satışlar həyata keçirilir. Platforma hazırda işlək formadadır. Düşünürük ki, yalnız rəsm əsərləri ilə kifayətlənməyək, eyni zamanda müxtəlif incəsənət nümunələrini də platformaya cəlb edək. Bu, heykəltaraşlıq nümunələri, əl işləri və s. ola bilər. Sənətsevər insanlar və icmalar “N'us Gallery” vasitəsilə toplaşıb bir-birləri ilə əlaqə yaradacaq, platformamızın imkanları ilə tanış olacaq və eləcə də bir çox incəsənət xəbərlərindən məlumatlı olacaqlar. Kiçik görüşlər insanların incəsənət biliyini və kreativ düşüncəsinin inkişafını hədəfləyir. Eyni zamanda, dizaynın, incəsənətin istənilən sahəsinə marağı olan insanlarla maraqlı söhbətlər və şəbəkələşmələr olacaq”.

Startapçı əlavə edib ki, brendlərinin əsas məqsədlərindən biri təkcə sənət adamlarını deyil, həm də bu sahədə fəaliyyətə başlamaq istəyənləri həvəsləndirməkdir. Yaradıcı sahənin insanlarını cəmiyyətə tanıdaraq onları ruhlandırmaq bu layihənin əsas missiyalarından biridir.

N.Novruzzadə əlavə edib ki, “N’us Gallery” Azərbaycan startap ekosisteminin nümunəsi kimi Rusiyada elektron qaydada keçirilən yarışmada 120 startap arasında "Orijinal ideya" nominasiyasına layiq görülüb. Layihə, eyni zamanda, Azərbaycanda 40 startap üzərində aparılan test mərhələsindən uğurla keçərək, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) proqramının iştirakçısı olub.

https://vergiler.az/news/economy/28023.html

Powered by Froala Editor