Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
İçərişəhərdə “Sehrli qala” yarmarkası keçirilir 26.12.22
İçərişəhərdə “Sehrli qala” yarmarkası keçirilir

İçərişəhərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə “Sehrli qala” yarmarkası keçirilir.


Yarmarkada 70-dən çox sahibkar və sənətkarın məhsulları və əl işləri satılır. Belə ki, yarmarkada əsasən müxtəlif aksessuarlar, oyuncaqlar, əl işləri, dekorativ əşyalar, qida və tekstil məhsulları, xidmətlər və s. sərgilənir. Həmçinin yarmarkada qadın sahibkarları və həssas kateqoriyaya aid sahibkar və sənətkarları özündə birləşdirən ictimai birliklərə hazırladıqları məhsulları nümayiş etdirmələri üçün şərait yaradılıb. 


Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirməklə onların inkişafına dəstək olmaqdır. Yarmarka 2023-cü ilin 17 yanvar tarixinədək davam edəcəkdir. 


Yarmarkanın açılışına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və millət vəkili Vüqar İskəndərov belə tədbirlərin KOB-ların satış imkanlarının genişləndirilməsində, məhsul və xidmətlərinin geniş istehlakçı auditoriyasına tanıdılımasında, sahibkarlar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu bildirib, yarmarkanın fəaliyyəti ilə tanış olublar. 

Powered by Froala Editor