Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Həştərxan vilayətində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib 08.05.23
Həştərxan vilayətində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda ölkələrimiz arasında kiçik və orta biznesin dəstəklənməsi sahəsində əməkdaşlıq perspektivləri barədə də məlumat verilib. 

 

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinə səfəri çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda iştirak edib. 


Hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə məlumat verərək, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 


Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında kiçik və orta biznesin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanları, Agentliyin dəstək və xidmətləri barədə məlumat verən KOBİA sədri qeyd edib ki, Agentlik Rusiya sahibkarlarının yerli biznes tərəfdaşlarla əlaqələndirilməsi istiqamətində də dəstək göstərə bilər. Potensial investisiya layihələri ilə bağlı məlumat mübadiləsi, perspektiv sahələrdə birgə müəssisələrin yaradılması, iş adamları arasında birbaşa əlaqə yaratmaq üçün sərgilərdə qarşılıqlı iştirak, işgüzar missiyaların təşkili, institusional əməkdaşlığın davamlı inkişafı hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır. 

Powered by Froala Editor