Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Gənclərin iştirakı ilə konfrans keçirilib 26.10.21
Gənclərin iştirakı ilə konfrans keçirilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 27-29 oktyabr tarixlərində Bakıda keçiriləcək Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində “Regionda sülhün qorunması: Qarabağın yenidən qurulması” mövzusunda konfrans təşkil olunub.  

 

İƏT Gənlər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilmiş tədbirdə 6 ölkədən 30 gənc iştirak edib. 

 

Konfransda çıxış edən İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov və İƏT Gənclər Forumunun Gənclər Siyasəti, təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi tədbirin gənclərin müvafiq mövzuda biliklərini bölüşməsi, onların diplomatik bacarıqlarının artırılması üçün əhəmiyyətli platforma olacağını qeyd ediblər.

 

İƏT-in Xarici İşlər Nazirləri Şurasının işini simulyasiya edən konfransda gənclər Qarabağ regionunda davamlı sülhə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, bu ərazilərdə reallaşdırılan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə, İƏT-ə üzv dövlətlərin Qarabağda həyata keçirilən yenidənqurma prosesində iştirakına dair fikirlərini bölüşüblər.

 

Konfransda xüsusi bilik və bacarığı ilə seçilən 5 gənc Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iştirak edəcəkdir.  

Powered by Froala Editor