Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Gənclər innovativ biznesə maraq göstərir 22.04.22
Gənclər innovativ biznesə maraq göstərir

“Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, müxtəlif dəstək mexanizmləri və xidmətlər gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi baxımından əhəmiyyətlidir. Qlobal müstəvidən yanaşsaq, rəqəmsal iqtisadiyyat və 4-cü sənaye inqilabı da gənclər üçün əlverişli imkanlar yaradır. Gənclər müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla yeni bizneslər yarada bilərlər”. 

Bu barədə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilmiş Azərbaycanda qərarvermədə gənclərin iştirakına həsr olunmuş Dəyirmi Masada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Qeyd olunub ki, KOB-ların iqtisadiyyatda rolunun artırılması, onların əlavə dəyərin yaradılmasında, məşğulluqda və ixracda payının daha da yüksəldilməsi KOBİA-nın əsas hədəflərindəndir. Bu məqsədlərə çatmaqda gənc sahibkarlar xüsusi rol oynaya bilər. Bu baxımdan, gənclər arasında sahibkarlığın inkişafı, biznes düşüncə tərzi təşviq olunur, sosial sahibkarlıq dəstəklənir. Statistik göstəricilər də uğur qazanmış iş adamları arasında gənclərin sayının artdığını, onların daha çox innovativ sahələrdə biznes qurmağa üstünlük verdiyini göstərir. Gənclərin sosial sahibkarlığa da marağı müşahidə olunur. KOBİA müxtəlif mexanizmlər vasitəsilə gənclərin və gənc sahibkarların fəaliyyətini dəstəkləməkdə davam edəcəkdir.

Powered by Froala Editor