Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Gəncədə sahibkarlarla görüş keçirilib 19.03.22
Gəncədə sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Gəncə şəhərində istehsal və emal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. 

 

Gəncə şəhər Gənclər Evində təşkil olunmuş tədbirdə 30-dan çox sahibkarlıq subyekti və yerli dövlət qurumlarının nümayəndələri iştirak edib. Tədbirin məqsədi sahibkarların dövlətin dəstək mexanizmləri, KOBİA və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir. 

 

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, müxtəlif fəaliyyət sahələri üzrə bir sıra təkliflər səsləndirilib. Tədbir çərçivəsində həmçinin, yerli sahibkarlar KOBİA-nın dəstəyi ilə “Sahibkar Klubu” yaradılmasına qərar verib və növbəti aylarda klubun iclasının təşkil olunması planlaşdırılır.

Powered by Froala Editor