Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Gənc startap” sahibkarlıq təlimləri başa çatdı 14.03.24
“Gənc startap” sahibkarlıq təlimləri başa çatdı

Təlimləri uğurla başa vuran gənclərə sertifikatlar verilib və onlar “KOB-ların inkişafı - sahibkarlıq təlimləri”ndə iştirak etmək hüququ qazanıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində keçirilən “Gənc startap” sahibkarlıq təlimləri başa çatıb.

Təlimlər fevral və mart aylarında olmaqla onlayn və oflayn formatlarda təşkil olunub. Türkiyənin ən böyük texnoparkı olan Bilişim Vadisinin biznes inkubasiya mərkəzinin mentoru tərəfindən keçirilən təlimlərdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunub. Eyni zamanda Bilişim Vadisinin rezidenti olan startapların qurucuları təlimlərin onlayn mərhələsində öz startap təcrübələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar. Onlayn mərhələyə qatılmış iştirakçılardan seçilmiş 45 nəfər “Bakı KOB evi”ndə keçirilən üzbə-üz təlimlərdə iştirak edib.

Hər iki mərhələ üzrə təlimləri uğurla başa vuran 45 nəfərə sertifikatlar verilib və onlar KOBİA və Bilişim Vadisinin birgə təşkil etdiyi “KOB-ların inkişafı - sahibkarlıq təlimləri”ndə iştirak etmək hüququ qazanıblar.  

Qeyd edək ki, KOBİA və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində keçirilən 2024-cü il ərzində startaplar və sahibkarlar üçün təlim və tədbirlər davam etdiriləcəkdir.  

Powered by Froala Editor