Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Ətraf mühit, sosial və idarəetmə platforması: mövcud imkanlar və inkişaf perspektivləri” mövzusunda Dəyirmi Masa təşkil olunub 14.07.22
“Ətraf mühit, sosial və idarəetmə platforması: mövcud imkanlar və inkişaf perspektivləri” mövzusunda Dəyirmi Masa təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Ətraf mühit, sosial və idarəetmə (ESG) platforması: mövcud imkanlar və inkişaf perspektivləri” mövzusunda Dəyirmi Masa təşkil olunub. 

Tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2022-ci il üçün fəaliyyət planı çərçivəsində keçirilib. Dəyirmi masada İqtisadiyyat Nazirliyi və qurumlarının, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin, Mərkəzi Bankın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Sənaye Korporasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan - Fransa Ticarət və Sənaye Palatasının, eləcə də bir sıra şirkət və bankların məsul əməkdaşları iştirak ediblər. 

“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və müxtəlif şirkətlərin rəhbərləri ESG-nin bizneslər üçün əhəmiyyəti, dövlət qurumlarında “ESG”nin tətbiqinin ölçülməsi aləti”nin həyata keçirilməsi, ESG platformasının formalaşması sahəsində mövcud imkanlar və təkliflər, bu platformanın yaradılmasına qlobal baxış, ESG platformasının qurulmasında İT şirkətlərinin iştirakı barədə çıxış ediblər.  

Dəyirmi masada qarşıdakı dövrdə ESG yanaşmasının tətbiqi, ESG prinsiplərinin təşviqi, eləcə də bu sahədə səylərin birləşdirilməsi və birgə platformanın yaradılması müzakirə edilib. 

Powered by Froala Editor