Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib 16.10.20
Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib

KOBİA Ermənistanın hərbi təxribatından zərər çəkmiş sahibkarlarla görüşlərini davam etdirir

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də ziyan dəyib.

Sahibkarların təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq, onların ehtiyaclarını öyrənmək, eləcə də zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məsul əməkdaşları oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhərində və Beyləqan rayonunda olublar.

Füzuli, Beyləqan və Ağcabədi rayonlarından olan sahibkarlarla keçirilmiş görüşlərdə qeyd edilib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək KOBİA-ya Ermənistanın təxribatı nəticəsində 180-ə yaxın sahibkarlıq subyektinə zərər dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlərin ilkin təhlili göstərir ki, Ermənistanın təxribatından daha çox Ağdam, Gəncə, Füzuli, Tərtər, Beyləqan, Naftalan, Bərdə, Cəbrayıl (Cocuq Mərcanlı) və Ağcabədi rayonlarında fəaliyyət göstərən sahibkarlar ziyan çəkib. Daha çox heyvandarlıq təsərrüfatları və ticarət obyektləri olmaqla, əkin sahələrinə, ictimai iaşə obyektlərinə zərər dəyib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri mülki əhalinin məskunlaşdığı yaşayış obyektlərini atəşə tutduğundan hazırda bəzi fermerlər əkin sahəsində olan məhsulunu toplaya bilmirlər.

Görüşdə iştirak edən sahibkarlar Ermənistanın hərbi təxribatı nəticəsində onlara ziyanın dəyməsinə baxmayaraq, Azərbaycan ordusunun qazandığı qələbələr sayəsində yüksək əhval-ruhiyyədə olduqlarını və dövlətin hər zaman sahibkarların yanında olduğunu bildiriblər.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində ziyan çəkmiş sahibkarlıq subyektlərinə dəymiş zərərin yerində öyrənilməsi məqsədilə KOBİA nümayəndələri digər şəhər və rayonlara da səfər edəcəklər.

Powered by Froala Editor