Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi layihəsi başa çatdı 01.04.22
Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi layihəsi başa çatdı

Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi başa çatıb.

Layihə 2019-cu ilin may ayından etibarən Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında həyata keçirilib. Layihə çərçivəsində ənənəvi kənd təsərrüfatı və ərzaq məhsullarının təşviqi və marketinqinə təsir edən qanunvericilik təhlil olunub və tövsiyyələr hazırlanıb, hədəf qrupları üçün təlim, seminar və dəyirmi masalar təşkil olunub, məktəblilərin və ictimaiyyətin sağlam qidalanması və bəslənməsi haqqında tədris materialı, tələbələr üçün “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurrikulum hazırlanıb, 10 adda ənənəvi qida məhsulları müəyyən edilərərək onların təşviqi istiqamətində tədbirlər görülüb. 

Aprelin 1-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, KOBİA, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının nümayəndələrinin, eləcə də beynəlxalq və yerli ekspertlərin iştirakı ilə layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Viktor Bajkov, layihə direktoru Volodimir Yakubov, layihə rəhbəri Manfred Şüssel və ekspertlər müvafiq olaraq kənd təsərrüfatı və ənənəvi qida məhsullarının təşviqinin və marketinqinin önəmi, layihə çərçivəsində əldə olunmuş nəticələr, istifadə olunmuş alət və metodlar, müvafiq qurumların birgə fəaliyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, kənd təsərrüfatının, eləcə də mikro, kiçik və orta müəssisələrin davamlı inkişafı üçün ənənəvi qida məhsulları önəmlidir. Azərbaycan kənd təsərrüfatı və qida sahələrində böyük potensiala malikdir. Ənənəvi qida məhsullarının satışının artması, xarici bazarlara çıxarılması və daha çox tanınması üçün bu məhsullar milli və beynəlxalq səviyyədə geniş təşviq olunmalı, sistemli marketinq siyasəti aparılmalı, istehsalçılar arasında marketinqə dair tədbirlər gücləndirilməlidir. Eyni zamanda ənənəvi qida məhsulları üçün keyfiyyət təminatı sxemlərinin və keyfiyyət standartlarının tətbiqi təhlükəsizliyin təmin edilməsi, məhsulun daha çox və yüksək qiymətə satılması baxımından vacibdir. 

Sonda layihə çərçivəsində əldə olunmuş nəticələrə dair tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor