Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Enactus Dünya Kubokunda Azərbaycanı bu komanda təmsil edəcək 27.08.21
Enactus Dünya Kubokunda Azərbaycanı bu komanda təmsil edəcək

Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və bp Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən “2021 Enactus Azərbaycan Milli Yarışı” yekunlaşıb.


Bakı Ali Neft Məktəbi çempionatın qalibi seçilib. Sumqayıt Dövlət Universitetinin komandası 2-ci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.


Qalib komandalar mükafatlandırılıb.


Qalib  komanda Azərbaycanı 14-21 oktyabr tarixlərində keçiriləcək Enactus Dünya Kubokunda təmsil edəcək. 


Qeyd edək ki, “2021 Enactus Azərbaycan Milli Yarışı”nın yarımfinal mərhələsi avqustun 25-də keçirilib və münsiflər heyəti tərəfindən 4 komanda - Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti final mərhələsinə vəsiqə qazanıb. Avqustun 26-da keçirilən final mərhələsində komandalar “Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvləri qarşısında layihələrini təqdim edib və onların suallarını cavablandırıblar.


Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirən dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır, sahibkarlığı təbliğ edir. Hazırda 35-ə yaxın ölkəni təmsil edən komandalar hər il keçirilən Enactus Dünya Kubokunda öz ölkələrini və universitetlərini təmsil edirlər.

Powered by Froala Editor