Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək KOB evi modeli, bu mexanizmin sahibkarlar üçün əhəmiyyəti “Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər? “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub
“Əlil sahibkarlara dəstək” layihəsinə start verildi 03.12.21
“Əlil sahibkarlara dəstək” layihəsinə start verildi


Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. 

 

Layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Müvafiq təlimləri uğurla bitirən şəxslərə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlar veriləcəkdir. 

 

Dekabrın 3 - Beynəlxalq Əlillər Günündə “Əlil sahibkarlara dəstək” layihəsi ictimaiyyətə təqdim olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və sahibkarlar iştirak ediblər. 

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev tədbirdəki çıxışlarında layihənin sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olacağını qeyd ediblər. 

 

Sonra KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında “Əlil sahibkarlara dəstək” layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Tədbirdə KOBİA-nın departament müdiri Elnur Əliyev layihə ilə bağlı təqdimatla çıxış edib.

 

Tədbir çərçivəsində həmçinin, həssas sosial kateqoriyaya aid şəxslərin məşğulluğuna dəstək göstərmiş bir qrup sahibkara təşəkkürnamələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor