Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın
Elektroenergetika sektorunda dövlət-özəl sektor tərəfdaşlığı mexanizminin tətbiqi və KOB-lar üçün yeni biznes imkanları müzakirə edilib 25.12.20
Elektroenergetika sektorunda dövlət-özəl sektor tərəfdaşlığı mexanizminin tətbiqi və KOB-lar üçün yeni biznes imkanları müzakirə edilib

Dekabrın 25-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) dəstəyi ilə sahibkarlar üçün elektroenergetika sektorunda DÖST mexanizminin tətbiqi və KOB-lar üçün imkanlar mövzusunda vebinar təşkil olunub.

20-dən çox sahibkarın qatıldığı tədbirin keçirilməsində məqsəd energetika sektorunda biznes imkanları barədə məlumat vermək, bu sektorda icra olunan layihələrdə sahibkarların fəal iştirakını, eyni zamanda, enerji istehsalı sahəsində DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, yeni dövrün çağırışlarına uyğun olaraq, post-pandemiya dövründə KOB-ların rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyatın dəstəklənməsi yeni prioritet vəzifə olaraq KOBİA-nın fəaliyyət gündəliyinə daxil edilib. Post-pandemiya dövrünün iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri də DÖST mexanizminin tətbiqinin genişləndirilməsidir. DÖST modeli, Agentliyin strukturunda fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyəti barədə məlumat verən KOBİA sədri elektroenergetika sektorunun beynəlxalq təcrübədə DÖST modellərinin geniş tətbiq edildiyi sektorlardan olduğunu bildirib. Qeyd olunub ki, Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış infrastrukturun, o cümlədən enerji infrastrukturunun bərpası və yenidən qurulması məqsədilə həyata keçiriləcək irimiqyaslı layihələrdə DÖST mexanizminin tətbiqi imkanları nəzərdən keçiriləcək. Həmçinin, hazırda iğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarları biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov vebinar iştirakçılarını salamlayıb, onları Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə təbrik edib. O, Agentliyin fəaliyyəti barədə qısa məlumat verərək bildirib ki, yarandığı dövrədən bu günə kimi Agentlik enerji bazarının tənzimləməsində, bir çox qanun layihələrinin hazırlanmasında iştirak edib, normativ hüquqi aktların hazırlanmasına töhvələrini verib, bazar araşdırmaları aparıb, bir çox beynəlxalq enerji və maliyyə qurumları, xarici ölkələrin enerji tənzimləyiciləri ilə ilə sıx əməkdaşlıq edib. Bildirilib ki, müvafiq sahədə görüləcək işlər enerji sahəsində də fərdi sahibkarlıq fəaliyyətinin formalaşması və investisiya qoyuluşu üçün imkanlar yaradacaq. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə əvvəllər mövcud olmuş və tamamilə dağıdılmış enerji güclərinin bərpası istiqamətində müvafiq istiqamətdə işlər aparılmalıdır.

Vebinar müzakirələrlə davam etdirilib, AERA və KOBİA nümayəndələri sahibkarların suallarını cavablandırıblar.

Powered by Froala Editor