Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib 04.11.25
Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib

Görüşdə sahibkarların səsləndirdiyi fikir və təkliflərin Ədliyyə Nazirliyi və KOBİA tərəfindən birgə işçi qaydada icrasının təmin olunması, bununla bağlı qurumlararası məsul şəxslərin müəyyən edilməsi qərara alınıb.

Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların icitimai birliklərinin üzvləri ilə görüş keçirilib. 

“Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu” mövzusuna həsr olunmuş tədbirdə 20-yə yaxın biznes assosiasiyanın təmsilçiləri və sahibkarlar iştirak ediblər.   

Görüşün məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyin artırılması və ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək olub.

Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədliyyə sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması istiqamətində son illər ərzində Nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik və institusional tədbirlərin həyata keçirilməsi barədə danışıb. Nazir dövlət-özəl tərəfdaşlığının müxtəlif sahələrin inkişafında mühüm rol oynadığını, xüsusən də özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin nazirliyin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, həyata keçirilən hüquqi və institusional tədbirlərdə sahibkarların da yaxından iştirakı qarşıya qoyulan hədəflərə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarlıq fəaliyyəti dinamik inkişaf etdiyi üçün yeni çağırışlar və tələblər qanunvericilikdə adekvat şəkildə əks olunmalıdır. Bildirilib ki, KOBİA bu sahədə aparılan institusional islahatları yaxından izləyir və KOB-ların hüquqi mühitlə bağlı ehtiyac və çağırışlarını müvafiq dövlət qurumlarına çatdırır. Eyni zamanda bu istiqamətdə sahibkarların hüquqi maarifləndirilməsi məqsədilə tematik görüşlər və təlimlər təşkil olunur, ədliyyə orqanları ilə birgə institusional dialoqun gücləndirilməsi sahəsində əməkdaşlıq edilir, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər aidiyyəti üzrə təqdim olunur. Biznes mühitinin inkişafında, sahibkarlıqla bağlı qanunverciliyin təkmilləşdirilməsi prosesində sahə üzrə maraqlı tərəflərin, o cümlədən sahibkarların və biznes assosiasiyaların iştirakı əhəmiyyətlidir. Sahibkarların təklifləri praktiki ehtiyaclara söykəndiyi üçün onların fikir və təkliflərinin nəzərə alınması iqtisadi fəaliyyətin tənzimlənməsində çevik və effektiv yanaşmaların tətbiqinə imkan yaradır.

Görüş çərçivəsində sahibkarların fikir və təklifləri dinlənilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Sahibkarların səsləndirdiyi fikir və təkliflərin Ədliyyə Nazirliyi və KOBİA tərəfindən birgə işçi qaydada icrasının təmin olunması, bununla bağlı qurumlararası məsul şəxslərin müəyyən edilməsi qərara alınıb. 

Powered by Froala Editor