Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində yaradılmış İşçi Qrupunun iclası keçirilib 11.12.19
Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində yaradılmış İşçi Qrupunun iclası keçirilib

Dekabrın 10-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində Bakıda universitet tələbələrinin yerləşmə obyektləri və xidmətlərlə pilot təminatı üzrə Texniki Yardım” layihəsi çərçivəsində yaradılmış İşçi Qrupunun iclası keçirilib.

İclasda İqtisadiyyat və Təhsil nazirliklərinin, KOBİA-nın, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, eləcə də Asiya İnkişaf Bankının, məsləhətçi şirkətlərinin nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədov Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün tələbə yataqxanalarının tikintisinin dövlət-özəl tərəfdaşlığı (PPP) üzrə ölkəmizdə ilk belə layihə olduğunu, bu layihənin uğurlu icrasının gələcək PPP layihələri üçün müsbət təcrübə yaradacağını bildirib. Vurğulanıb ki, xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsi, özəl sektorun iqtisadiyyatda payının artırılması, yeni iş yerlərinin açılması və dövlət investisiya xərclərinin optimallaşdırılması baxımından əhəmiyyəti nəzərə alınaraq PPP layihələrinə ölkəmizdə xüsusi diqqət yetirilir. Bu məqsədlə KOBİA-da Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılıb və bu mərkəz PPP layihələrinin təşviqində və tətbiqində əhəmiyyətli rol oynayacaqdır.

Tədbirdə sözügedən texniki yardım layihəsinin icrasına cəlb olunmuş məsləhətçi şirkətlər tərəfindən həyata keçirilən tədbirlər və layihənin mövcud vəziyyətinə dair təqdimat keçirilib, qarşıda duran vəzifələrə və onların həlli istiqamətində atılacaq növbəti addımlara dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində Bakıda universitet tələbələrinin yerləşmə obyektləri və xidmətlərlə pilot təminatı üzrə Texniki Yardım” layihəsi Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir.

Powered by Froala Editor