Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Dohada Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib 21.10.24
Dohada Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib

60-dan çox biznes subyektinin qatıldığı Azərbaycan-Qətər Dəyirmi Masasında biznes sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub. 

Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib. 

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib. 

Powered by Froala Editor