Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Daha bir bankdan koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək 19.03.20
Daha bir bankdan koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək

Koronavirus (COVID-19) infeksiyasının mikro, kiçik və orta sahibkarlara (KOB) mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına "Kapital Bank" da qoşuldu.

Koronavirus infeksiyasının sahibkarlar, xüsusilə də KOB-lar üçün yaratdığı çətinlikləri nəzərə alaraq, "Kapital Bank" sahibkarlara dəstək məqsədilə müxtəlif bank əməliyyatlarında güzəştlər edəcək. Artıq Bank tərəfindən sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə Müştəri Bank (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı komissiyalarda endirimlər tətbiq olunarq 0,2% müəyyənləşdirilib.

Sahibkarlar ölkəxarici köçürmə əməliyyatları ilə yanaşı, əmək haqqı kartlarının sifarişi, əmək haqqı kartlarına mədaxil, ölkədaxili köçürmələr və s. digər əməliyyatları da Müştəri Bank (internet bankçılıq) vasitəsilə filiala gəlmədən həyata keçirə bilərlər. Qeyri-iş günlərində də Müştəri Bank fasiləsiz fəaliyyət göstərəcək. Həmçinin, KOB-ların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir, qiymətləndirmə və sığorta xərcləri isə Bank tərəfindən qarşılanır. Kampaniya 30 Aprel 2020-ci il tarixinədək davam edəcək.

Powered by Froala Editor