Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Çiyələk istehsalçıları ilə görüş keçirilib 27.01.22
Çiyələk istehsalçıları ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Cəlilabad rayonunda çiyələk istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. KOBİA-nın Lənkəran regional koordinatorluğunun təşkilatçılığı ilə keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Almaniya və Türkiyənin müvafiq sahədə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.


Görüşdə xarici mütəxəssislər çiyələyin yetişdirilməsi, yığılması və satışı zamanı baş verə biləcək itkilərin qarşısının alınması üçün effektiv vasitə olan “freeze dry” texnologiyası barədə yerli sahibkarları məlumatlandırıb, gələcəkdə qeyd edilən texnologiya ilə çiyələyin qurudulması müəssisəsinin yaradılması üzrə investisiya imkanlarına dair müzakirələr aparıblar. 


Tədbir çərçivəsində həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb. 

 

Powered by Froala Editor