Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib 09.07.25
Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib

KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98% təşkil edir.

2025-ci il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 170 minə yaxını “Bakı KOB evi”nin, 54 minə yaxını “Yevlax KOB evi”nin, 34 minə yaxını isə “Xaçmaz KOB evi” və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür. 

Göstərilən xidmətlərin 232 mindən çoxu dövlət qurumları (“G2B”), 24 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.      

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər və s. üçün müraciət ediblər. 

Cari ilin I yarısında KOB evlərində yeni xidmətlər də sahibkarların istifadəsinə verilib. 

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır.  Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayraq, inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya,  icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. 

Powered by Froala Editor