Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Biznesini Yarat Marafonu” çərçivəsində KOBİA-nın dəstəyi ilə təlimlər davam edir 30.07.21
“Biznesini Yarat Marafonu” çərçivəsində KOBİA-nın dəstəyi ilə təlimlər davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Gənclər Fondu tərəfindən birgə həyata keçirilən “Biznesini Yarat Marafonu” layihəsinin iştirakçıları üçün təlimlər davam etdirilir.


Təlimlər Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla” seminar-təlimlərinə əsasən hazırlanmış mövzular üzrə beynəlxalq və yerli müstəvidə geniş təcrübəyə malik təlimçilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində keçirilir. Təlimi uğurla başa vuran gənclərə biznes ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən resurs və maliyyə, fəaliyyətlərini uğurla təşkil etmələri üçün KOBİA tərəfindən mentor dəstəyi göstəriləcək. 


Məlumat üçün bildirək ki, “Biznesini Yarat Marafonu”na 18-29 yaş kateqoriyasından olan 555 işsiz və ya işaxtaran gənc müraciət edib və 127 gənc təlim mərhələsində iştirak etmək haqqı qazanıb. Müraciətlər dəyərləndirilən zaman Vətən Müharibəsinin iştirakçılarına, şəhid ailələrinin üzvlərinə, eləcə də əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.

Powered by Froala Editor