Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Biznesin tədrisi sahəsində KOB subyektlərinin potensialından da istifadə olunacaq 19.12.19
Biznesin tədrisi sahəsində KOB subyektlərinin potensialından da istifadə olunacaq

Dekabrın 19-da “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu”nun təşkilatçılığı ilə “Azərbaycanda biznesin tədrisi: mövcud vəziyyət və inkişaf yolları” Konfransı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta biznes subyektlərinin bilik və bacarıqlarının artırılmasının Agentliyin fəaliyyətinin başlıca istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə Agentlik tərəfindən həyata keçirilmiş tədbirləri və yeni mexanizmləri diqqətə çatdırıb. Bildirilib ki, Agentliyə daxil olan çoxsaylı müraciətlərin təhlili də göstərir ki, hazırda KOB-ların biznesin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac var. KOBİA-nın fəaliyyəti bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Agentlik KOB-ların dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında biznesin tədrisi sektorunda fəaliyyət göstərən KOB subyektlərinin potensialından da faydalanmaqda maraqlıdır. KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanılıb və ilk belə mərkəz qısa zaman ərzində Xaçmaz rayonunda fəaliyyətə başlayacaq. Həmçinin, Agentlik KOB Tədris və Konsaltinq Platformasının yaradılması və qısa müddətdə KOB subyektlərinə ən müasir üsullarla və tədris kontentiylə təqdim edilməsi üzərində işlər aparır.

Powered by Froala Editor