Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Biznesdə və özünüməşğulluqda qadınların rolu artır 07.03.23
Biznesdə və özünüməşğulluqda qadınların rolu artır

Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın bir sıra dəstək və xidmətlərindən faydalanırlar.


Qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu artmaqdadır. Son zamanlar qadınlar mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa daha çox maraq göstərirlər.

2023-cü ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 22%-ni qadınlar təşkil edib. Qadın sahibkarlar əsasən kənd təsərrüfatı, xidmət və digər sahələrdə fəaliyyət göstərirlər. Sahibkar qadınların 29,9%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 8,9%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar.

KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın sahibkarlar tərəfindən təqdim edilmiş layihələrdir.

Təkcə 2022-ci il ərzində Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil edilmiş müxtəlif mövzularda biznes təlimlərdən 3 minə yaxın qadın sahibkar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya-Azərbaycan birgə Proqramı”ndan bugünədək 100-dən çox qadın sahibkar və menecer yararlanıb.

11 qadın sahibkar “Startap” şəhadətnaməsi əldə edib.

2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarda iştiraka dəstək mexanizmindən istifadə etmiş 1050 sahibkarlıq subyektinin 40%-dən çoxu qadın sahibkar olub. Bundan başqa, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış 25 sahibkarlıq subyektindən 12-si qadındır.

 

Powered by Froala Editor