Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Biznes mübahisələrinin alternativ həll yolu kimi arbitrajın rolu müzakirə edilib 28.10.22
Biznes mübahisələrinin alternativ həll yolu kimi arbitrajın rolu müzakirə edilib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Azərbaycan Vəkillər Kollegiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "1958-ci il Nyu-York konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının Təlimatı: Hakimlər üçün əl kitabı"nın təqdimatı keçirilib.


Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes mübahisələrinin alternativ həll yolu kimi arbitrajın tətbiqi və təşviqinin əhəmiyyətinə toxunub, bu sahədə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib. Qeyd olunub ki, arbitrajla bağlı beynəlxalq təcrübənin öyrənilməsi və təbliği məqsədilə nüfuzlu beynəlxalq arbitrların, təşkilatların və kommersiya arbitraj mərkəzlərinin nümayəndələrinin iştirakı ilə konfrans və seminarlar keçirilə bilər. Belə tədbirlərin təşkilinə KOBİA da öz dəstəyini göstərə bilər.


Qeyd edək ki, Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICCA) tərəfindən nəşr olunub. Kitab 10-dan çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. 

Powered by Froala Editor