Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb 06.05.23
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Cuda ilə görüşüb.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov da iştirak edib.  

Görüşdə Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin uğurla və yüksək peşəkarlıqla keçirildiyi vurğulanıb. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, AMF-nin təşkilatçılığı ilə keçirilən turnirdə 10 ölkədən minifutbol üzrə komandalar iştirak edib. Turnir bu gün başa çatacaq. Azərbaycan bu gün 3-cü yer uğrunda Qazaxıstan yığması ilə qarşılaşacaq. Final oyunu isə Serbiya və Çexiya komandaları arasında keçiriləcək. 

Eyni zamanda görüşdə Azərbaycanda minifutbolun təbliğı istiqamətində görülən işlər, WMF və AMF arasında əməkdaşlıq, minifutbol üzrə dünya və Avropa çempionatlarının ölkəmizdə keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Powered by Froala Editor