Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
"Baku International CEO Summit”də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi müzakirə edilib 15.11.22
"Baku International CEO Summit”də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi müzakirə edilib

Bakıda ilk dəfə olaraq "Baku International CEO Summit" keçirilir.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın 2030-cu il üçün Milli Prioritetlərində dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi məsələlərinə önəm verildiyini qeyd edib, bu istiqamətdə KOBİA-nın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, KOBİA dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır. Korporativ idarəetmə prinsipləri isə biznesin rəqabətqabiliyyətliyini və kommersiya dəyərini artıran bir vasitədir. Bu baxımdan biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cümlədən biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi əhəmiyyətlidir. Biznes subyektləri arasında məlumatlılığın kifayət qədər olmaması korporativ idarəetmə məsələlərinin inkişafına təsir edir. Buna görə də korporativ idarəetmə və dayanıqlı inkişaf mövzularında bütün maraqlı tərəflərin məlumatlılığını artırmaq məqsədilə çoxşaxəli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. KOBİA tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış KOB inkişaf mərkəzlərində sahibkarlar üçün təşkil edilən təlimlər və praktik məsləhət xidmətləri korporativ idarəetmənin təşviqi və inkişafı üçün əhəmiyyətlidir. 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. KOBİA tərəfindən həyata keçirilən bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir.

Powered by Froala Editor