Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycanda PPP modelinin tətbiqinə dair fikir mübadiləsi aparılıb 06.07.21
Azərbaycanda PPP modelinin tətbiqinə dair fikir mübadiləsi aparılıb

Dövlət özəl sektor tərəfdaşlığı (PPP) modeli dünyada geniş tətbiq olunmaqla, özəl investisiyaların cəlb olunması, innovasiyaların və effektiv idarəetmənin tətbiqi üçün əhəmiyyətlidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə və ölkəmizdə tətbiqinə önəm verir. Agentliyin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi bu sahədə geniş təcrübəyə malik olan Türkiyənin İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzi ilə əməkdaşlıq edir. Ötən dövrdə İstanbul PPP Mərkəzinin dəstəyi ilə Azərbaycanda aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra təlim və məlumatlandırma xarakterli tədbirlər təşkil olunub.

 

İyulun 6-da KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İstanbul PPP Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın arasında görüş keçirilib. Görüşdə PPP sahəsində Agentlik və mərkəz arasında mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanda PPP mexanizminin tətbiqinin genişləndirilməsi üçün geniş imkanlar var. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması prosesində də PPP modeli tətbiq oluna bilər. 

Powered by Froala Editor