Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan və Vyetnam sahibkarları arasında görüş keçirilib 23.07.24
Azərbaycan və Vyetnam sahibkarları arasında görüş keçirilib

Azərbaycan və Vyetnamın təşkilatları və şirkətləri arasında sənədlər imzalanıb.

Vyetnam Sahibkarlıq Milli Assosiasiyasının (VINEN) nümayəndələri və 20-yə yaxın iş adamı ölkəmizdə səfərdədir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və VINEN arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycan və Vyetnam sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya sahəsində əlaqələrin inkişafına dəstək məqsədilə "Bakı KOB evi"ndə görüş keçirilib.

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş görüşdə Vyetnam və Azərbaycan iş adamları, eləcə də yerli biznes assosiasiyaların nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, KOBİA-nın İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, VINEN-nin nümayəndəsi xanım Trinh Thi Thu Ha, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari çıxış ediblər. Çıxışlarda Azərbaycan və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün perspektivlər, ölkələrimizin biznes və investisiya mühiti, iş adamları arasında əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün imkanlar barədə məlumat verilib. 

Tədbir çərçivəsində VINEN və AQİSA, "Canet" MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolları imzalanıb, Azərbaycan və Vyetnam iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün müzakirələr aparılıb. 

Powered by Froala Editor