Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan və Ukrayna biznes dairələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub 11.02.26
Azərbaycan və Ukrayna biznes dairələrinin iştirakı ilə dəyirmi masa  təşkil olunub

Tədbirdə qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları və tərəfdaşlıq formatlarına dair müzakirələr aparılıb. 

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan və Ukrayna sahibkarlarının iştirakı ilə dəyirmi masa təşkil olunub. Hibrid formatda təşkil olunmuş tədbir Azərbaycan–Ukrayna İşgüzar Şurası çərçivəsində keçirilib. Dəyirmi masada tikinti, sənaye, kənd təsərrüfatı, logistika, ticarət, tekstil, konsaltinq, zərgərlik və s. sektorlarda fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib. 

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, səfirin müavini Emir Rüstəmov və KOBİA-nın nümayəndələri belə tədbirlərin biznes əlaqələrinin genişlənməsinə xidmət etdiyini vurğulayıblar. 

Azərbaycan–Ukrayna İşgüzar Şurasının həmsədri Şahin Yusifov Şuranın fəaliyyəti barədə məlumat verib, həmçinin sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birbaşa müzakirələrin aparılması və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün yaradılmış onlayn platformanı təqdim edib.  

Tədbir çərçivəsində iş adamları fəaliyyət sahələri barədə təqdimatlar edib, qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları və tərəfdaşlıq formatlarına dair müzakirələr aparılıb, “B2B” görüşlər keçirilib.  

 

Powered by Froala Editor