Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Azərbaycan üzrə “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi”nin qiymətləndirilməsinə dair tədbir keçirilib 05.05.23
Azərbaycan üzrə “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi”nin qiymətləndirilməsinə dair tədbir keçirilib

Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Kiçik Biznes Aktına uyğunluğun qiymətləndirilməsi layihəsi olan “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi”nin (“SME Policy İndex”) icrası ilə əlaqədar tədbir keçirilib.

Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Kiçik Biznes Aktına uyğunluğun qiymətləndirilməsi layihəsi olan “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi”nin (“SME Policy İndex”) icrası ilə əlaqədar tədbir keçirilib. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə müvafiq dövlət qurumlarının, özəl sektorun, İƏİT və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri, eləcə də bir sıra səfirlik və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. 

Tədbirdə çıxış edən İqtisadiyyat, Elm və Təhsil nazirliklərinin, Mərkəzi Bankın, KOBİA-nın, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO  və digər qurumların nümayəndələri KOB-lara göstərilən dəstək tədbirləri, bu sahədə mövcud tənzimləmə siyasəti barədə məlumat verib, “SME Policy İndex” üzrə qiymətləndirmənin kiçik və orta biznesin inkişafı sahəsində fəaliyyətin inkişaf etdirilməsində əhəmiyyətli olduğunu qeyd ediblər. 

“SME Policy İndex” hər 4 ildən bir İƏİT tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üzrə sorğu keçirilməklə müəyyən edilir. Növbəti mərhələ üçün Azərbaycan üzrə “SME Policy İndex”in müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən sualların elektron platforma üzərindən cavablandırılması təmin olunub. Sorğu üzrə suallar rəqəmsal iqtisadiyyat, müflisləşmə və sağlamlaşdırma, KOB-ların bacarıqları, institusional tənzimləmə və əməliyyat mühiti, dövlət satınalmaları, standartlar və tənzimləmələr, KOB-ların beynəlmiləlləşdirilməsi, innovasiyaların tətbiqi, KOB-lar və startapların dəstəklənməsi, sahibkarlıq sahəsi üzrə insan kapitalı, maliyyəyə çıxış, KOB-ların “yaşıl iqtisadiyyat”da rolu və s. mövzuları əhatə edir. 

“SME Policy İndex” KOB-lar üzrə siyasətin hazırlanması və həyata keçirilməsi prosesinin Avropa İttifaqı ölkələrinin və digər qabaqcıl beynəlxalq təcrübələrlə müqayisədə qiymətləndirilməsinə imkan verən alətdir. Qiymətləndirmə Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondu ilə birgə İƏİT tərəfindən hazırlanıb və 2012-ci ildən etibarən Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla 5 region üzrə həyata keçirilir.   

Powered by Froala Editor