Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Azərbaycan - Türkiyə: Ortaq Yüzüncü İl” tədbiri keçirilib 26.04.23
“Azərbaycan - Türkiyə: Ortaq Yüzüncü İl” tədbiri keçirilib

KOBİA: Azərbaycan və Türkiyənin kiçik və orta sahibkarlıq sahəsində potensialından maksimum dərəcədə istifadə etməklə mövcud imkanları praktik layihələrə çevirmək və KOB-lar arasında daha dərin inteqrasiyaya nail olmaq istəyirik.

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan - Türkiyə: Ortaq Yüzüncü İl” tədbiri keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında sahibkarlıq və biznes ictimaiyyəti arasında əməkdaşlığa dair fikirlərini bölüşüb. Qeyd olunub ki, ümummilli lider Azərbaycan və Türkiyə əlaqələrinin bugünkü səviyyəyə çatmasında əvəzolunmaz rola malikdir. Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını tam mənası ilə təsvir edən ifadədir və ölkələrimiz arasında əməkdaşlıq bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə iqtisadi əlaqələri çərçivəsində kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlıq genişlənməkdədir. Həm Azərbaycanda, həm də Türkiyədə biznes subyektlərinin 99%-nin KOB subyektlər olması bu əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu göstərir. Məqsədimiz bu potensialı maksimum dərəcədə reallaşdırmaq, mövcud imkanları praktik layihələrə çevirmək və KOB-lar arasında daha dərin inteqrasiyaya nail olmaqdır. Bu məqsədlə Türkiyədən olan həmkar dövlət təşkilatları, biznes assosiasiyaları, sahibkarlar və investorlar ilə sıx əməkdaşlıq edirik. 

Powered by Froala Editor