Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur 18.01.22
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur

Yanvarın 18-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Sərgisi öz işinə başlayıb. 

 

Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunur. Stendimizdə quru meyvələr, təbii sıxım yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilir. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edir.

 

Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar. 

 

Qeyd edək ki, sərgidə Türkiyənin 81 regionundan və 50-ə yaxın xarici ölkədən 450-dən çox sahibkar məhsul və xidmətlərini təqdim edir. Sərgi yanvarın 21-dək davam edəcəkdir.  

Powered by Froala Editor