Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
“Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda forum keçirilib 28.09.23
“Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda forum keçirilib

Forumda KOBİA sədri istehlakçı hüquqlarının müdafiəsi sahəsində Agentliyin sahibkarlarla apardığı iş barədə məlumat verib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda forum keçirilib.

Milli Məclisin deputatlarının, dövlət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov azad rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri və Agentliyin istehlakçı hüquqları ilə bağlı sahibkarlarla apardığı iş barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, əsası ümummilli lider tərəfindən qoyulmuş ölkəmizdə azad rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev azad rəqabət mühitinin və sahibkarlığın inkişafına daim diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə azad rəqabət mühiti və sahibkarlıqla əlaqələndirib. Bu gün dövlət başçısının çevik və praqmatik iqtisadi siyasəti nəticəsində sahibkarlar rəqabətədavamlı iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Ölkəmizdə istehlakçıların hüquqlarının qorunması istiqamətində sahibkarların digər maraqlı tərəflərlə əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayan KOBİA sədri Agentliyin bu istiqamətdə sahibkarlarla apardığı iş, o cümlədən maarifləndirmə tədbirləri barədə məlumat verib. 

Tədbir öz işini panel müzakirə ilə davam etdirib. “Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sistemində sahibkarlıq subyektlərinin rolu”na həsr olunmuş paneldə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov mövzu ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıb. 

Powered by Froala Editor