Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Arıçı fermerlər təlimlərə cəlb edilib 03.04.23
Arıçı fermerlər təlimlərə cəlb edilib

Daşkəsəndə təlimləri uğurla başa vuracaq arıçı fermerlərə fərdi təsərrüfatlarının genişlənməsinə dəstək məqsədilə arı ailələri və müvafiq ləvazimatlar təqdim ediləcək.


30 mart-3 aprel tarixlərində “AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün təlimlər təşkil edilib.


Əsas missiyası Daşkəsəndə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılığın təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olan təlimlər 3 gün davam edib. Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara qulluq, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlimlər keçirilib. Proqram çərçivəsində, həmçinin arıçılığa ziyan vuran xəstəliklərin müalicə və profilaktikası istiqamətində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. 


Bununla yanaşı, KOBİA-nın Gəncə KOB İnkişaf Mərkəzinin cəlb etdiyi ekspertlər tərəfindən təlim iştirakçılarına sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında ətraflı məlumat verilib. Arıçılar üçün maliyyə resurslarına çıxış, subsidiyaların verilməsi, aqrar sığorta işinin təşkili mövzularında seminarlar təşkil edilib.  


Layihənin növbəti mərhələsində arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılmasına dair təsərrüfat şəraitində praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuracaq kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədi ilə arı ailələri, o cümlədən müvafiq ləvazimatlar təqdim ediləcəkdir. 

Powered by Froala Editor