Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub 29.07.22
“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə keçirilən “Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub. Müsabiqə çərçivəsində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.

 

Qiymətləndirmə zamanı müraciət edən şəxslərin biznes planlarının aqrar məşğulluğa, ətraf mühitə və ərzaq təhlükəsizliyinə töhfəsi, layihənin innovativliyi və davamlılığı, habelə biznes ideyasının reallaşdırılması üçün zəruri olan bilik-bacarıq, təcrübə, texniki və maliyyə resurslarının mövcud vəziyyəti barədə meyarlar nəzərə alınıb.

 

“Aqro-Mən” müsabiqəsinə ümumilikdə 59 nəfər müraciət edib və onların arasından komissiya tərəfindən mərhələli ekspertiza və qiymətləndirmə aparılaraq müvafiq meyarlar üzrə uğurlu nəticələr əldə etmiş 5 nəfər qalib müəyyən edilib.

 

Onlar fəaliyyəti istiqaməti Hacıbala Hacıyevin aqrokimyəvi analizlərin aparılmasının təkmilləşdirilməsi, Rafiq İmanovun yem istehsalı, İlkin Əliyevin toxumçuluq, Sərxan Hacıyevin arıçılıq və Babək Bayramovun heyvandarlığın inkişafı ilə bağlı layihələri müsabiqədə qalib elan edilib. Qeyd edək ki, qaliblər zəruri müvafiq aktivlərlə (alət və avadanlıq) təmin ediləcəklər.

 

Xatırldaq ki, “Aqro-Mən” müsabiqəsi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilib. Müsabiqənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaq, aqraryönümlü, innovativ biznes təşəbbüslərini üzə çıxarmaqdır.

Powered by Froala Editor