Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib 25.05.26
AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib

Tədbirdə AQEM Biznes Şurasının 9-cu Plenar İclası və 11-ci Biznes Forumunun konsepsiyası müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib. 

İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay Biznes Şuranın 2026-cı il üzrə prioritetləri və üzv dövlətlər arasında praktiki əməkdaşlığın gücləndirilməsi barədə məlumat verib. 

AQEM-in Biznes Şurasının sədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şuranın 2025-ci ildəki fəaliyyəti, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, həmçinin 2026-cı il üçün nəzərdə tutulan planlar barədə danışıb. 

İclas çərçivəsində AQEM Biznes Şurasının 9-cu Plenar İclası və 11-ci Biznes Forumunun konsepsiyası təqdim olunub. Tədbirlərin 2026-cı ilin sentyabr ayında Bakıda “AQEM regionunda rəqabətqabiliyyətli və inklüziv KOB inkişafı üçün sahibkarlıq ekosistemləri” mövzusunda keçirilməsi təklif olunub. İclasda şəhərsalma və KOB-lar üçün biznes imkanları, gənc sahibkarlıq və çağırışlar, biznes inkubatorlar və sahibkarlığa dəstək infrastrukturu, KOB-ların inkişafı və adaptasiyası üçün biznes modellər, eləcə də sahibkarlara dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb. 

Sonra Biznes Şuranın üzvləri - Qazaxıstan, Rusiya və Tailand nümayəndələri təklif olunan gündəlik və konsepsiya üzrə fikir və təkliflərini bölüşüblər. İclas iştirakçıları AQEM Biznes Şurasının 2026-cı il üzrə prioritetlərinə dəstəklərini ifadə edib, 9-cu Plenar İclas və 11-ci Biznes Foruma hazırlıq prosesi və təşkilati məsələlərə dair məsləhətləşmələrin davam etdirilməsini qeyd ediblər. 

Qeyd edək ki, Azərbaycan 2024–2026-cı illər üzrə AQEM-ə sədrlik edir. AQEM yanında Biznes Şuraya Azərbaycan tərəfindən KOBİA rəhbərlik edir. 

Powered by Froala Editor