Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
"ADAMUN" Gənclər Forumunda gənclərin sahibkarlıq fəaliyyətinə təşviqinə dair müzakirələr aparılıb 13.09.21
"ADAMUN" Gənclər Forumunda gənclərin sahibkarlıq fəaliyyətinə təşviqinə dair müzakirələr aparılıb

10-12 sentyabr tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə ADA Universitetinin BMT Modeli Klubunun (ADAMUN) “ADAMUN” Gənclər Forumu keçirilib.  


Hibrit formatda 30-dan çox gəncin iştirakı ilə təşkil olunmuş tədbirdə gənclər siyasəti ilə bağlı panel müzakirələr, müxtəlif mövzularda təlimlər və təqdimatlar keçirilib. Həmçinin, tədbirdə gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, bu sahədə bilik və bacarıqlarının artırılması, eləcə də biznes düşüncə tərzinin inkişafı istiqamətində müzakirələr aparılıb. KOBİA-nın əməkdaşı Natiq Heydərov “Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi” mövzusunda çıxış edib.  


Forumda hər biri 4 gəncdən ibarət 8 komanda tərəfindən gənclərin üzləşdiyi çətinliklərin həlli istiqamətində təqdim olunmuş layihə təklifləri ekspertlərdən ibarət Münsiflər Heyəti qarşısında təqdim edilib. Münsiflər Heyətinin qiymətləndirilməsinə əsasən üç ən yaxşı nəticə göstərmiş komanda müəyyən edilib və təşkilatçılar tərəfindən mükafatlandırılıb. KOBİA tərəfindən isə fərqlənmiş iştirakçılara təcrübə proqramı və təlim paketi təqdim olunub.


Tədbirə həmçinin, “PASHA Həyat Sığorta” ASC, “Azərfon” MMC, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən dəstək göstərilib, bir sıra fəal gənclər təşkilatları tədbirin tərəfdaşı qismində çıxış ediblər.

Powered by Froala Editor