Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startapçı Azərbaycanda ilk dəfə “ağıllı mətbəx” yaradıb 5-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir 184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub “KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib "AIM Congress" çərçivəsində baş tutan milli tura qeydiyyat başladı! İtaliya şirkəti ilə görüş keçirilib “Gənc startap” sahibkarlıq təlimləri başa çatdı Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb
2023-cü il üzrə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçildi 17.02.23
2023-cü il üzrə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçildi

EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” müsabiqəsinin qalibini elan edib. Müsabiqə Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB və bp sponsor dəstəyi göstərib. “Veysəloğlu” Şirkətlər Qrupu müsabiqəyə maliyyə dəstəyi verib. “EKVITA” konsaltinq şirkəti və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO müsabiqənin tərəfdaşları sırasındadır.

 

Müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 güclü namizəd arasından seçilib.


Qalibin adı 16 fevral tarixində təntənəli mükafatlandırma mərasimində açıqlanıb.


“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: “Son illərdə pandemiya və geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların biznesinə öz təsirini göstərib. “EY”ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq, sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli insanları qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan çətinliklərin öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və biznesin inkişafı üçün çalışmağa davam edəcəklər”. “EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan “EY İlin İş Adamı 2023” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur” – deyə o, əlavə edib.


Müraciətləri hərtərəfli dəyərləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, “İnnovasiya” nominasiyasında “Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev, “Sosial təsir” nominasiyasında “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, “Regional inkişaf” nominasiyasında isə “Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev təltif olunublar.


Builki müsabiqənin qalibi isə “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov olub. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edərək dünyanın ən yenilikçi və mötəbər iş adamları ilə mübarizə aparacaq. Qalib Seymur Məmmədov: “İştirakçılarla tanış olanda mən başa düşdüm ki, hər kəs qalib olmağa layiqdir. Onlarla birlikdə finalda iştirak etmək artıq mənim üçün bir şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurvericidir”.


“Sahibkarlar arasında müxtəlif müsabiqələrin keçirilməsi onları sağlam rəqabətə təşviq edir. Bu səbəbdən belə müsabiqələrin təşkili və keçirilməsinə dəstək göstərilməsi KOBİA-nın diqqətindədir. Azərbaycanda artıq 4-cü dəfədir keçirilən "EY İlin İş Adamı" müsabiqəsində KOBİA strateji tərəfdaşıdır. Sevindirici haldır ki, müsabiqəyə qatılan mikro və kiçik sahibkarların sayı ildən-ilə artır. Əvvəlki illərin qalibləri də məhz kiçik sahibkarlar olub. Qaliblər arasında qadın sahibkarların olması bizi sevindirir, bu ölkəmizdə qadın sahibkarlığının təşviqi baxımından əhəmiyyətlidir. Builki müsabiqənin qalibinə biznesində uğurlar arzu edirik” – deyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov müsabiqə barəsində fikirlərini bölüşüb.


ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın artıq dördüncü ildir ki, “EY İlin İş Adamı” müsabiqəsinə dəstək verdiyini diqqətə çatdırıb: “Bu müsabiqə yenilikçi iş adamlarımızı cəmiyyətimizə tanıdır, sağlam rəqabət mühiti yaradır, sahibkarlarımızı ruhlandırır ki, həmişə ən yaxşı olmaq uğrunda çalışsınlar. Bütün bunlar ölkəmizin biznes mühitinə mühüm töhfələrdir. “EY Azərbaycan” şirkəti bu müsabiqəni Azərbaycana gətirməklə çox gözəl bir ənənənin əsasını qoydu. Müsabiqənin niyyəti ABB olaraq bizim korporativ dəyərlərimizlə, sosial məsuliyyət prinsiplərimizlə tam üst-üstə düşür. Ona görə “EY İlin İş Adamı” müsabiqəsinə dəstək veririk və ölkəmizdə belə bir faydalı ənənənin formalaşmasında yaxından iştirakımızla qürur duyuruq”.


bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-presidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki o, sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini üzə çıxarır və tanıdır. Bu məqsəd bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəldilmiş səyləri ilə üst-üstə düşür".


EKVITA şirkətinin baş direktoru İlqar Mehti bildirib: “EKVITA ilk gündən "EY İlin İş Adamı" müsabiqəsi ilə tərəfdaşlıq edir. Şirkətimiz ölkə xaricinə çıxan ilk yerli konsaltinq şirkəti olmaqla həm ölkəmizdə, həm də ölkə xaricində layihələr icra edir. Qazandığımız geniş təcrübəni digər yerli iş adamları ilə bölüşmək, həmçinin onların bu kimi beynəlxalq müsabiqələrlə tanınmasına dəstək olmaqdan qürur duyuruq. Bu gözəl missiyanın yerinə yetirilməsində yaradılan şəraitə görə “EY Azərbaycan” şirkəti və onun rəhbərliyinə təşəkkürümü bildirirəm”.


“EY İlin İş Adamı” müsabiqəsi haqqında 


EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın nüfuzlu işgüzar mükafatlarından olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da həvəsləndirməkdir. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Powered by Froala Editor