Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib KOBİA və Somali Federativ Respublikasının nümayəndələri arasında görüş keçirilib Keniya nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib Qazaxıstanın tələbə və magistrları “Bakı KOB evi”ndə olublar “Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA KOBİA “Caspian Investment Forum Bishkek 2024” tədbirində iştirak edib Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla görüşlər davam edir Kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən KOB subyektlərinin nəzərinə!
200 min dollar kapitalı olan şirkəti aylıq maaşı ilə quran kiçik sahibkardan – MÜSAHİBƏ 05.02.24
200 min dollar kapitalı olan şirkəti aylıq maaşı ilə quran kiçik sahibkardan – MÜSAHİBƏ

Azərbaycanda startap layihələrinin icrasına dövlət tərəfindən xüsusi dəstək göstərilir. Belə dövlət dəstəyi tədbirlərindən biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlara vergi güzəştləri verən "Startap" şəhadətnaməsidir. Dövlət dəstəyi ilə biznes fəaliyyəti göstərən startapçı və gənc sahibkarlardan biri də "Metatesk" MMC-nin rəhbəri, innovasiya və sahibkarlıq üzrə Prezident mükafatçısı Günay İmanzadədir. AZƏRTAC gənc sahibkardan hazırladığı müsahibəni təqdim edir.

-Günay xanım, ilk olaraq rəhbərlik etdiyiniz şirkətin fəaliyyət sahəsi ilə bağlı məlumat verərdiniz. Layihənizin fərqliliyi nədən ibarətdir?

-Hazırda icra olunan layihə virtual dünyada təhsilin təşkili üzrədir. Layihə 6-14 yaşlı uşaqların təhsilinə yönəlib. Tam təfərrüatı ilə izah etsəm uşaqlar kosmos sahəsinə maraq göstərirlərsə, bunu nəzəri olaraq kitabdan deyil, 3D formatında olan virtual dünyadan öyrənə biləcək, müəllim və sinif yoldaşları ilə birlikdə raketlə səyahət edərək kosmosla tanış olacaqlar. Müasir dünya təhsilinin tələblərinə uyğun olaraq şagirdlər bilikləri yalnız sinif otağında, parta arxasında əldə etmirlər. Onlar tədrisi müasir texnologiyalar vasitəsilə almaq imkanı əldə edirlər.

-Maraqlı bir layihədir. Bəs necə oldu ki, siz bu layihəni reallaşdırıb biznes fəaliyyətinə başladınız?

-Pandemiya dövründə şagirdlər, yeniyetmə və gənclər onlayn şəkildə təhsil almağa məcbur oldular. Məktəblilər və tələbələr müxtəlif onlayn resurslar üzərindən tədrislərini davam etdirirdilər. Bu proses müəyyən müddətdən sonra onlar üçün maraqsız olmağa başladı. Həmin dövrdə “Metaverse” texnologiyası sürətlə geniş yayılmağa başlayırdı və mən uşaqların oyunlara olan marağından istifadə edərək təhsil məzmunları yaratmaq ideyasını fikirləşdim. Bununla da, layihə ilə bağlı ilk addımları atmış oldum. Layihə maraqla qarşılandı və imkanlardan istifadə edib komandanı böyütdüm. Hazırda rəhbərlik etdiyim şirkətdə 30 nəfərdən çox mütəxəssislə birlikdə çalışıram.

-Rəhbərlik etdiyiniz şirkətin fəaliyyət sahəsi Azərbaycan bazarı üçün yenidir. Ölkəmizdə xidmətlərinizdən istifadə etmək istəyənlərin statistikası necədir?

-Həqiqətən də Azərbaycan bazarında bu sahə ilə bağlı məlumatlar yetərli səviyyədə deyil. Bu səbəbdən biz daha çox xarici bazar üçün çalışırıq. Ancaq buna baxmayaraq layihəmizə yerli şagirdlər də qoşulur. Şagirdlərimiz virtual olaraq kosmos, təbiətdə suyun dövranı, atmosfer təbəqələri, Yer planeti kimi müxtəlif məzmunlu dərslərə böyük maraq göstərirlər. Şirkət olaraq ölkə bazarında korporativ əsaslarla çalışırıq. Fərdi müraciət edənlərin sayı çox deyil. Şagirdlərə yaratdığımız təhsil mövzuları təqdim edilir. Bundan başqa, şirkətimiz tədris müəssisələrinin, müəllimlərin istəklərinə uyğun mövzular yaratmasına şərait yaradır. Şagirdlər həftədə bir dəfə, 1 saat ərzində bu dərslərə qoşula bilirlər. Ödənişli əsaslarla həyata keçirilən dərslər hazırda yalnız ingilis dilində aparılır. Azərbaycanlı şagirdlər bir saat üçün 15 dollar, xaricdən layihəyə qoşulanlar isə 50 dollar ödəyirlər.

-Günay xanım qeyd etdiniz ki, şirkətinizin əsas fəaliyyəti xarici bazar üçündür. Ən çox hansı ölkə ilə çalışırsınız?

-Xüsusilə Çində bu layihəyə böyük maraq göstərilir. Bu tendensiyanın bir neçə səbəbi var. Bunlardan biri insanların yeni texnologiyalara adaptasiya sürətidir. Bizim əsas gəlir mənbəyimiz Çin Xalq Respublikasıdır. Bu ölkədə insanlar texnoloji yeniliklərə daha açıqdırlar və daha asan şəkildə onu qəbul edə bilirlər. Təklif etdiyimiz qiymət də qənaətbəxş olduğundan, çinli müştərilərimizin sayı artır.

-Siz bu şirkəti qurduğunuz zaman tələb olunan maliyyə resurslarını necə əldə etdiniz və bugünkü maddi durumunuz hansı səviyyədədir?

-Layihənin reallaşdırması fikrinə düşəndə Çində müəllim kimi fəaliyyət göstərirdim. Mövcud şərtlər layihəni reallaşdırma istəyimi artırdı. Bunun üçün tələb olunan ilkin maliyyə vəsaitini aylıq maaşımla ödəyirdim. Sonrakı dövrlərdə biznes əməkdaşlığımız və komandamız genişləndi hazırda “Metatesk” MMC-nin 200 min dollar kapitalı mövcuddur.

-Biznesinizin böyüməsində dövlətin sizə nə kimi dəstəyi olub?

-2021-ci ildən layihəmizi icra edirik. Bu müddət ərzində xeyli sayda dövlət mükafatları ilə təltif olunmuşuq. Bundan başqa, 2022-ci ildə Bakıda keçirilən “Teknofest Azərbaycan” tədbirinin qalibi olmuşam və Prezident mükafatçısıyam. Bununla yanaşı startapçı şəhadətnaməsinin verdiyi imtiyazlardan biri də gəlir vergisindən azadolmadır ki, bu da ilkin mərhələdə böyük dəstəkdir. Həmçinin KOBİA MMC-nin yaradılması daxil olmaqla bütün hüquqi məsələlərdə, eləcə də vergi hesabatlarının düzgün tərtib olunmasında kömək göstəriblər.

 https://azertag.az/xeber/200_min_dollar_kapitali_olan_sirketi_ayliq_maasi_ile_quran_kichik_sahibkardan____musahibe-2905654

Powered by Froala Editor