Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirilib Tikinti biznesinə dair ictimai müzakirə təşkil olunub KOBİA işğaldan azad edilmiş ərazilərdə qadın sahibkarların biznes təşəbbüslərini dəstəkləməyə hazırdır Azərbaycan sahibkarları Antaliya sərgisindən distribüterlik və ixracla bağlı ilkin razılaşmalarla qayıdıblar KOBİA-da 2021-ci ilin yekunları ilə bağlı Mətbuat Konfransı keçirilib İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndələri KOBİA-da olublar Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı “Sancaktar” şirkəti ilə görüş keçirilib Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur
Bazarlara çıxış

Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərir. 


Sərgilərdə iştirak etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri aşağıdaki müraciət formasını dolduraraq emil.mammadov@smb.gov.az elektron poçt ünvanına göndərə bilərlər.


Daxil olmuş müraciətlərə Agentlikdə baxılır və təhlil olunur, müraciətçi tərəfindən məhsul və xidmətlər barədə təqdim edilmiş məlumatlar müvafiq informasiya bazasına daxil edilir. Agentliyin dəstəyi və ya iştirakı ilə keçirilən sərgilər olduqda müraciətçinin fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq sərgidə iştirakına dəstək göstərilir. 


MÜRACİƏT FORMASI

Powered by Froala Editor

2022-ci ilin 9-11 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisi keçiriləcək.

Sərgidə kişi, qadın və uşaq geyimlərinin və digər tekstil məhsullarının istehsalçıları, dizaynerləri, distributorları və bu sahədə fəaliyyət göstərən digər maraqlı tərəflər iştirak edəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan sahibkarları da sərgidə öz məhsullarını təqdim etməyə və bu sahədə fəaliyyət göstərən müxtəlif ölkələrdən olan sahibkarlarla ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər.

Sərgidə iştirak etmək istəyən və Agentliyin xüsusi stendində öz məhsullarını nümayiş etdirmək istəyən Azərbaycan sahibkarları KOBİA ilə əlaqə saxlaya bilərlər.

Əlaqələndirici şəxs: Emil Məmmədov

Tel.: (+994 12) 404 04 01 (daxili 233), 

Mob.: (+994 50) 250 24 60

E-poçt: emil.mammadov@smb.gov.az


MÜRACİƏT FORMASI

Powered by Froala Editor

Sahibkarların məhsullarının satışına dəstək məqsədilə onlayn satış platforması – www.kobmarket.az fəaliyyət göstərir.   

 

Agentliyin dəstəyi ilə yaradılmış portal sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılıb.

 

Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadədir, portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.

 

www.kobmarket.az portalında onlayn mağaza açmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri portalda qeydiyyatdan keçməlidir. 

Sahibkarlıq subyektlərinin www.kobmarket.az portalı ilə bağlı hər hansı sualı yaranarsa portal üzrərindən onlayn müraciət edə bilərlər. 

 

www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.

Powered by Froala Editor